Sosial şəbəkədə biz:

Qadının başı eskalatora çırpıldı, üzü pis hala düşdü - Bakıda + Foto

25 July 2016, 09:42
Gündəm
Bakıda qadın piyada keçidində ölümdən dönüb. “ Azinforum.az ” Criminal.az-a istinadən xəbər verir ki, iyulun 23-də Heydər Əliyev saryının qarşısındakı piyada keçidində eskalatorun xarab olması nəticəsində Svetlana Petrova yıxılıb. O, keçidin yuxarı qalxan eskalatoru işləmədiyindən ayaqla qalxmalı olub. Bu zaman eskalatorun pillələrindən biri qopub. Başı eskalatora çırpılan xanım sifətindən ağır xəsarətlər alıb. Onun üzünə xeyli sayda tikiş qoyulub.