Sosial şəbəkədə biz:

Ətin qiyməti qalxıb? - Nazirlikdən açıqlama

27 July 2016, 13:01
Gündəm
Son günlər Bakıda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı AzVision.az -a açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir. “Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur”-deyə nazirlik rəsmisi vurğulayıb. M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cuzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: “Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cuzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü”. M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur. Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, ətin qiymətində 50 qəpik - 1 manat arası bahalaşma hiss olunur.