Sosial şəbəkədə biz:
"Demokratiya TV"nin rəhbəri həbs edildi
Xəbər Şəkli

"Demokratiya TV"nin rəhbəri həbs edildi

29 June 2026, 16:12
Kriminal

"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib.

Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. A.Paşayev barəsində daxil olan şikayət əsasında polis əməkdaşları araşdırmalara başlayıb, keçirilən tədbirlərlə o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Oxu.az