Sosial şəbəkədə biz:

Referendumun yekun nəticələri nə vaxt açıqlanacaq? - MSK-da iclas

27 July 2016, 17:51
Gündəm
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Mia.az xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib. MSK katibi Arifə Muxtarova  deyib ki, referendumla bağlı bildirişlərin çap olunması avqustun 17-də başa çatacaq. O qeyd edib ki, səsvermədə "exit-poll” keçirmək istəyən təşkilatlar sənədləri sentyabrın 6-na kimi təqdim edə bilərlər: "Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək. Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq”. Bundan başqa, iclasda referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və Ədliyyə, Daxili İşlər, Maliyyə nazirliklərinin ekspertlərindən ibarət işçi qrupu yaradılıb.