Sosial şəbəkədə biz:

FED qərarını açıqladı

27 July 2016, 22:19
Gündəm
ABŞ Mərkəzi Bankının (Fed) dünən başlamış toplantısı başa çatdı. Fed-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin qərarına görə, Fed faizi dəyişdirmədi. Faizlər 0,25%-0,50% aralığında saxlanılıb. Ötən ilin dekabrında fazi artıran Fed, bu il bütün iclaslarında "pas" keçib. Fed-in növbəti yığınccağı 20-21 Sentyabrda keçiriləcək. Qeyd edək ki, Fed faiz artırdıqda dollar bahalaşır. Dolların bahalaşması isə adətən neftin ucuzlaşmasına səbəb olur. Bu da Azərbaycan kimi neft ixrac edən ölklər üçün pis haldır.