Sosial şəbəkədə biz:

Ən çox cinayət törədilən rayonlar - SİYAHI

29 July 2016, 23:33
Gündəm
2015-ci ildə törədilən cinayətlərin böyük hissəsi Bakı şəhərində olub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ötən il paytaxda 12 min 693 cinayət hadisəsi qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 12 min 288 olub. Ötən il törədilən cinayətlərin sayına görə ikinci yerdə Sumqayıt şəhəridir -1054 hadisə. 2015-ci ildə Abşeron rayonunda 934, Lənkəranda 768, Gəncədə 739, Astarada 445 cinayət hadisəsi törədilib. Cinayətlərin ən az qeydə alındığı zona Naxçıvan Muxtar Respublikasıdır. Statistikaya əsasən, burada 2015-ci ildə cəmi 29 hadisə törədilib. Həmin zonada ən çox cinayət Naxşıvan şəhərində qeydə alınıb - 10 hadisə. Culfa rayonunda 8, Sədərəkdə 4, Babəkdə 3, Şərurda 2, Ordubad və Kəngərli rayonlarının hər birində 1 hadisə qeydə alınıb. Ötən il Şahbuz rayonunda heç bir cinayət törədilməyib. Ən az cinayət hadisəsinin qeydə alındığı rayonlar: Lerik – 40 hadisə Yardımlı – 48 hadisə Zərdab – 64 hadisə Oğuz – 71 hadisə Siyəzən – 78 hadisə Qobustan – 79 hadisə