Sosial şəbəkədə biz:

İrəvanda polis binasını zəbt edənlər hökumətə təslim olub – YENİLƏNİB

31 July 2016, 23:23
Gündəm
Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub. Azinforum.az-ın məlumatına görə, bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb. “Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, - məlumatda deyilir. *** Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb. AZinforum.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib. “Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ”, - deyə V.Avetisyan bildirib.