Sosial şəbəkədə biz:

Polkovnik Qafarov rəis müavini təyin edildi

01 August 2016, 19:38
Gündəm
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) yeni təyinat olub. Report xəbər verir ki, ədliyyə polkovniki Məhərrəm Qafarov Xidmətin rəis müavini təyin edilib. Qeyd edək ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovdur. C.Həsənov PX rəisi vəzifəsinə bu ilin iyun ayında təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.