Sosial şəbəkədə biz:

Jurnalist aktyorun üzünə tüpürdü - VİDEO

03 August 2016, 20:16
Gündəm
“Beyaz TV”-nin müxbiri hakerlər tərəfindən “Twitter” hesabı ələ keçirilib, özəl yazışmaları yayımlandıqdan sonra F.Gülənə yaxın olduğu məlum olan “Yetenek sizsiniz” yarışmasının qalibi Atalay Dəmirçinin üzünə tüpürüb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbir Levent Kelleci Atalay Demircidən müsahibə aldıqdan sonra əsəblərinə hakim ola bilməyib və "Mən sizin doğru söylədiyinizə inanmıram” deyərək, aktyora etirazını bildirib: “Müxbirlik  etmək çox çətindir. Mən sizin doğru söylədiyinizi inanmıram. Məncə, siz də onların itisiniz. Bu, mənim öz fikrimdir. Onlarla insan ölüb. “Təəssüflər olsun” deyirəm”.
L.Kelleci sözlərini bitirdikdən sonra aktyorun üzünə tüpürüb. Atalay Demirci isə onun hərəkətini gülümsəyərək, qarşılayıb.