Sosial şəbəkədə biz:

Maşın nənəylə nəvəni vurdu - Nəvə öldü+Video

03 August 2016, 21:35
Gündəm
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “ Azinforum.az ” Region TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb. Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi "VAZ-2109" markalı minik maşını ilə yolu keçən piyadalar - Kürdəmir rayon sakinləri-1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub. Nəticədə Əli Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, Aidə Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.