Jurnalist Məmməd Süleymanov polisə çağrılıb
Jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Bu barədə AzadlıqRadiosuna Məmməd Süleymanovun özü məlumat verib.
Jurnalist idarəyə çağrılmasının səbəbini bilmir. Deməsinə görə, bu ona bildirilməyib: «Sözün düzü, özüm də bilmirəm niyə dəvət ediblər. Hər hansı bir versiyam yoxdur. Facebook-da da o qədər fəal deyiləm. Əsasən də «Virtualaz»a yazıram. Odur ki, səbəb, hələlik, özüm də aydın deyil».