Sosial şəbəkədə biz:

TRT telekanalının 42 əməkdaşı saxlanılıb

11 August 2016, 22:27
Gündəm
Türkiyənin TRT telekanalının 42 əməkdaşı saxlanılıb. "Anadolu" xəbər verir ki, Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər. Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə götürülüb.