Sosial şəbəkədə biz:

Ermənistan vətəndaşı Azərbaycana keçərkən saxlanılıb - RƏSMİ

13 August 2016, 15:31
Gündəm
Azərbaycana keçmək istəyən erməni saxlanılıb. Bu barədə musavat.com-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb. İctimaiyyətə əlavə məlumat veriləcək.