Sosial şəbəkədə biz:

İstanbulun ədliyyə idarələrinin FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 173 işçisi tutulub

15 August 2016, 11:25
Gündəm
Fetullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbulun Çağlayan, Bakırköy və Qaziosmanpaşa rayonlarının ədliyyə idarələrinin 173 əməkdaşı tutulub. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat yerli vaxtla səhər saat 09.30-da başlayıb. İnformasiyaya görə, Çağlayan və Qaziosmanpaşa ədliyyələrində 129, Bakırköydə isə 44 şübhəli şəxs tutulub. Qeyd edək ki, ötən gün 4 nəfər həbs edilmişdi.