Sosial şəbəkədə biz:

Bakıda 6 yaşlı uşaq dənizdə batıb

19 August 2016, 17:52
Gündəm
 Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub.
Musavat.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2010-cu il təvəllüdlü Fəraiz Xəraiz oğlu Mirzəyevin cəsədini sudan çıxarıblar.