Sosial şəbəkədə biz:

Əliyev Administrasiyası: “Dövlət radikal dini cərəyanların qarşısını alacaq"

25 August 2016, 13:46
Gündəm
“Azərbaycan dövləti radikal dini cərəyanlara - istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fətullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasında “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, FETÖ-nün Azərbaycandakı ruporu olan “Zaman” qəzeti və Fətullah Güləndən müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb: “Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur”. B. Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub: “Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını alacaq. Bunlara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Bu sahədə medianın üzərinə böyük yük düşür".