Sosial şəbəkədə biz:

Məşhur iş adamlarının əmlakları müsadirə olundu - FETÖ-nü maliyyələşdiriblər

07 September 2016, 17:56
Gündəm
Türkiyədə FETÖ-nü maliyyələşdirməkdə ittiham olunan məşhur iş adamlarının əmlakı müsadirə olunub.Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Akfa Holding və holdingə bağlı olan 41 şirkətə qarşı keçirilən əməliyyat nəticəsində 41 nəfərin mal varlığı müsadirə edilib. Onların arasında Akfa Holding-in İdarə heyətinin sədri Fatih Aktaş, İhlas Holding-in keçmiş baş meneceri Cahit Paksoy və Fi Yapı-nın İdarə heyətinin sədri Fikret İnan da olub. Anadolu Cümhuriyyət Baş Prokurorluğunda Akfa Holding və 44 alt şirkəti ilə bağlı aparılan istintaq işi çərçivəsində 39 nəfər həbs olunub.