Sosial şəbəkədə biz:

Azərbaycanda uçot dərəcəsi - KƏSKİN ARTDI

14 September 2016, 09:52
Gündəm
2016-cı il sentyabrın 14-dən Azərbaycanda uçot dərəcəsi 15% təşkil edir. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. Xəbər verildiyi kimi, sonuncu dəfə uçot dərəcəsi 2016-cı ilin avqust ayında nəzərdən keçirilib və 8 avqust tarixindən 7%-dən 9,5%-dək artırılıb. "Mərkəzi Bankın qərarı ilə sentyabrın 14-dən uçot dərəcəsi 9,5%-dən 15%-dək, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 15%-dən 18%-dək, aşağı həddi 4%-dən 12%-dək artırılıb”, - deyə bankdan bildirilib. Uçot dərəcəsinin yüksəldilməsi barədə qərar antiinflyasiya tədbirləri çərçivəsində qəbul olunub. "Bu zaman tədiyə balansı ilə bağlı vəziyyət və valyuta bazarında tendensiyalar da nəzərə alınıb”, - deyə məlumatda vurğulanır.* “İnterfaks-Azərbaycan”