Sosial şəbəkədə biz:

Bakının yarısında nəqliyyatın hərəkəti iflic vəziyyətindədir

17 September 2016, 20:36
Gündəm
Bakının mərkəzindən Sumqayıta gedən istiqamətdə, demək olar ki, bütün yollar iflic vəziyyətindədir. Virtualaz.org-un müxbiri xəbər verir ki, kilometrlərlə uzanmış tıxac Masazır qəsəbəsindən başlayır və az qala Bakının mərkəzinə çatır. Tıxacın yaranmasına səbəb Bakı-Sumqayıt yolunda piyada keçidinin tikintisi üzündən nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət olub.