Sosial şəbəkədə biz:

Sabah referendumla bağlı bidirişlərin paylanması prosesi başa çatır

18 September 2016, 12:46
Gündəm
Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesi başa çatır. APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.