Sosial şəbəkədə biz:

Bakıda sürücülər arasında insident...

18 September 2016, 18:57
Gündəm
Bakıda sərnişin avtobusu ilə minik avtomobilinin sürücüləri arasında insident baş verib. Lent.az-ın məlumatına görə, 81 saylı xətt üzrə hərəkət edən "Daevoo" markalı avtobusun sürücüsü polisə müraciət edərək bildirib ki, Qaraçuxur qəsəbəsi, Alıcanov küçəsində tanımadığı şəxsin hücumuna məruz qalıb. O bildirib ki, minik avtomobilinin sürücüsü yoldakı suyun onun üstünə sıçradığını irad bildirərək avtobusa zərbələr endirib və sərnişin avtobusunun ön şüşəsi sınıb. Araşdırma aparılır.