Sosial şəbəkədə biz:

Özcan və Nurgül Bakıya gəlirlər - VİDEO

19 September 2016, 17:15
Gündəm
Türkiyənin məşhur simaları Özcan Dəniz və Nurgül Yeşilçay Bakının qonağı olacaqlar. 
Musavat.com xəbər verir ki, cütlük birlikdə rol aldığı “İkinci şans” filminin qala gecəsinə qatılacaq. Mərasim noyabrın 26-da Nizami Kino Mərkəzində baş tutacaq.
Qeyd edək ki, noyabrın 18-də Türkiyədə nümayiş olunacaq ekran işi “Avşar Film” və “DNZ Film” şirkətlərinin ortaq istehsalıdır. Filmin rejissoru Özcan Dənizdir.