Sosial şəbəkədə biz:

Azərbaycana sulu qar yağacaq - Nazirlikdən xəbərdarlıq

22 September 2016, 13:56
Gündəm
 Hava şəraitinin kəskin dəyişəcəyi haqda xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 24-dən 25-i gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, gündüz saatlarında 20-22 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 23-ü gündüzdən 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.