Sosial şəbəkədə biz:

AMB növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir

24 September 2016, 11:12
Gündəm
Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. “APA-Economics”in məlumatına görə, sentyabrın 28-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir. Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir. Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.