Sosial şəbəkədə biz:

Salyanda qadınlar arasında qanlı insident - Bıçaqlanma

26 September 2016, 13:43
Gündəm
Salyanda qadın qadını bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən verilən məlumata görə, hadisə sentyabr ayının 25-də Salyan rayonunun Xocalı kəndində törədilib.
Hadisə nəticəsində kənd sakini Aygün Həsənova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Samira Əliyeva tutulmuşdur.
Hadisənin səbəbləri araşdırılır.