Sosial şəbəkədə biz:

Zərdab rayonunda yaşı 100-dən yuxarı olan 9 nəfər seçici qeydə alınıb

26 September 2016, 15:14
Gündəm
Zərdab rayonunda yaşı 100-dən yuxarı olan 9 nəfər seçici qeydə alınıb. 92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasının sədri Mehdi İsmayılov  bildirib ki, bu gün keçirilən referendumla bağlı 48 məntəqə üzrə  41066 nəfər seçici qeydə alınıb. Onlardan da ilk dəfə səsvermə hüququ qazanan seçicilərin sayı 615 nəfər, 80-100 yaş arası olan seçicilərin sayı 1035 nəfər, yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 9 nəfərdir. Dairə üzrə səsverməni izləmək üçün 495 müşahidəçi qeydə alınıb. Səsvermənin şəffaf keçirilməsi məqsədi ilə 8 məntəqəyə vebkameralar quraşdırılıb  Ən yaşlı seçici  rayonun Qaravəlli kənd sakini 1905-ci il təvəllüdlü  Gülüstan Abduləziz qızı Xəlilovadır.