Sosial şəbəkədə biz:

Talassemiyalı xəstələrin sayı azalıb

26 September 2016, 17:12
Gündəm
Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış talassemiyalı xəstələrin sayı azalıb. Səhiyyə Nzirliyindən verilən məlumata görə, ötən il 213 nəfər xəstə qeydiyyata alınıb. 2014-cü ildə isə 530 nəfər xəstə qeydiyyta alınmışdı. Ötən il müalicə-profilaktika müəssisələrində 2593 talassemiyalı xəstə qeydiyyata alınıb ki, onlardan da 1691-i 17 yaşadək uşaqlardır. Rəsmi məlumatlara görə, hazırda hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır. Daşıyıcılar praktiki sağlam sayılırlar, onların adətən heç bir şikayəti olmur. Hazırda Azərbaycanda daşıyıcıların tezliyi 8 faizdir. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ailə qurmaq istəyənlər məcburi tibbi müayinədən keçirilirlər. Virtualaz.org