Sosial şəbəkədə biz:

Şimon Peres ölüm ayağında...

27 September 2016, 22:58
Gündəm
İki həftə öncə insultdan Tel- Əvivdəki “Tel ha-Şomer” xəstəxanasına yerləşdirilən İsrailin sabiq prezidenti Şimon Peresin vəziyyəti çox ağırlaşıb. “Qafqazinfo”nun verdiyi məlumata görə, həkimlər Peresin qohumlarını xəstəxanaya dəvət edərək onunla vidalaşmağı məsləhət görüblər. Keçmiş prezidentin vəziyyəti sentyabrın 27-də anidən pisləşib. 93 yaşlı siyasətçini müalicə edən həkimlər artıq onu həyata qaytarmağın çox çətin olduğunu bildiriblər.