Sosial şəbəkədə biz:

ABŞ Azərbaycandakı referendumun nəticələrini tanıdı

28 September 2016, 09:05
Gündəm
ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil. Trend-in verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı deyib. Qeyd edək ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) seçicilərin 3 673 029 nəfəri səs verib.