Sosial şəbəkədə biz:

Şimon Peres vəfat etdi, İsrail prezidenti Ukrayna səfərini yarımçıq saxladı

28 September 2016, 13:44
Gündəm
İsrail prezidenti Reuven Rivlin Ukrayna səfərini yarımçıq kəsərək ölkəsinə dönüb. Mia.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İsrailin sabiq prezidenti Şimon Peresin vəfatıdır. Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib. Qeyd edək ki, İsrail prezidentinin Ukrayna səfəri sentyabrın 30-dək davam etməli idi.