Sosial şəbəkədə biz:

“Space"nin yayımı bərpa olundu

29 September 2016, 22:45
Gündəm
“Space 104 FM” radiosunun bağlanması barədə xəbərlər təsdiq olunmayıb. Qaynarinfo.Az xəbər verir ki, radio bir qədər əvvəl fəaliyyətini bərpa edib. Qeyd edək ki, bu gün Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) radionu bağlaması barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, Teleradio İB-yə 12 min manat borcu var və dəfələrlə xəbərdarlıq edilsə də, borc ödənilməyib. Radio rəhbərliyi isə bunu təkzib edərək, bir günlük profilaktika olduğunu bildirmişdi.