Sosial şəbəkədə biz:

2017-ci ildə dotasiya almayacaq şəhər və rayonlar

30 September 2016, 00:02
Gündəm
2017-ci ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 75 milyon 889 min manat ayrılması nəzərdə tutulur. Novator.az bildirir ki, 37 şəhər və rayona mərkəzləşdirilmiş xərclərdən heç bir vəsait ayırmamaq planlaşdırılır. Dotasiya almayacaq şəhər və rayonlar bunlardır: Bakı Gəncə Lənkəran Mingəçevir Naftalan Sumqayıt Şəki Şirvan Yevlax Abşeron Ağcabədi Astara Beyləqan Bərdə Biləsuvar Göyçay Hacıqabul Xaçmaz Xızı Xocalı Xocavənd İmişli İsmayıllı Kürdəmir Qazax Qəbələ Quba Qubadlı Qusar Masallı Neftçala Saatlı Sabirabad Salyan Siyəzən Şabran Şamaxı. Büdcə layihəsini sentyabrın 29-da Maliyyə Nazirliyi açıqlayıb. Gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat məbləğində təsdiq etmək nəzərdə tutulur. 645 milyon manat büdcə kəsiri proqnozlaşdırılır.