Sosial şəbəkədə biz:

Şimon Peres dəfn olundu

30 September 2016, 13:41
Gündəm
İsrailin keçmiş prezidenti Şimon Peres sentyabrın 30-da dəfn edilib. İsrail KİV-i xəbər verir ki, yəhudi dövlətinin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub. Şimon Peresin dəfn mərasiminə dövlət və hökumət başçıları, hökumət təmsilçiləri, səfirlər, o cümlədən ABŞ prezidenti Barak Obama da qatılıb. Qeyd edək ki, Azərbaycanı dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.( "Report")