Sosial şəbəkədə biz:

"Neftçi" nəhayət ki, qələbə qazandı

02 October 2016, 09:44
Gündəm
Premyer Liqanın VII turunda iki qarşılaşma baş tutub. "Sumqayıt" doğma meydanda AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. "Kəpəz" isə "Neftçi"nin qonağı olub. Oyuna bakılılar fəal başlayıblar. 14-cü dəqiqədə Cavid İmamverdiyevin ötürməsindən sonra Denilson Pereyra fərqlənib. 90+3-cü dəqiqədə isə Katalin Tira son nöqtəni qoyub - 2:0. Qeyd edək ki, tura sabah "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.