Sosial şəbəkədə biz:

Prezident İlham Əliyev: 'Bu səfər böyük əhəmiyyət kəsb edir'

02 October 2016, 16:29
Gündəm
Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda svilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Roma papası Fransisklə görüşü zamanı deyib. Dövlət başçısı papanı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib: “Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır”.