Sosial şəbəkədə biz:

Kadırovdan sui-qəsd xəbərinə reaksiya - “Mənim niyə xəbərim yoxdur?”

04 October 2016, 10:52
Gündəm
Çeçenistan lideri Ramzan Kadırov ona sui-qəsd təşkil edilməsi ilə bağlı yayılan xəbərlərə ironiya ilə şərh verib.Qafqazinfo” xəbər verir ki, Kadırov “Kavkaz pravda” xəbər blokunun instagram hesabında paylaşdığı həmin məlumatın altında “mənim niyə xəbərim yoxdur” sözlərini yazıb. Qeyd edək ki, daha əvvəl çeçen liderinin mətbuat katibi də guya bu ilin yayında Kadırova sui-qəsd təşkil edilməsi ilə bağlı xəbəri təkzib edib. O qeyd edib ki, Çeçenistanın ilk prezidenti Axmat Kadırov, daha sonra Ramzan Kadırovun terrorizmlə apardığı sistemli mübarizə nəticəsində bel bir hadisə baş verməyəcək.