Sosial şəbəkədə biz:

500-dən çox şirkət rəhbəri ölkədən çıxa bilməyəcək

04 October 2016, 21:16
Gündəm
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb. Nazirlikdən Azinforum.az -a verilən məlumata görə, 4 oktyabr tarixinə vergi borcu olduğuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var. Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.