Sosial şəbəkədə biz:

Moskvada azərbaycanlı tələbə qızın meyiti tapıldı

10 October 2016, 16:37
Gündəm
Moskvada Vuçetitsa küçəsində 24 yaşlı azərbaycanlı qızın meyiti tapılıb. Virtualaz.org “Moskva” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, onun Moskva Dövlət Universitetinin tibb-stomatologiya fakültəsinin tələbəsi olduğu bilinsə də, kimliyi açıqlanmır. Hüquq-mühafizə orqanlarından verilən məlumatda tələbə qızın şəhərdə yataqxanalardan birində qaldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin məlumata görə, qız kəskin ürək-damar çatışmazlığı nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır və meyit tibbi ekspertizaya göndərilib.