Sosial şəbəkədə biz:

Aktyor işçini döydü, qovuldu - “AzDrama”da qalmaqal

10 October 2016, 21:05
Gündəm
Dövlət Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimov işdən çıxarılıb. Ölkə.az-ın məlumatına görə, Rəhimov bir müddət öncə rejissor köməkçisi Vüqar Məmmədovu döydüyü üçün rəhbərlik bu qərarı verib. Qeyd edək ki, sözügedən hadisə oktyabrın 1-də baş vermişdi. Xatırladaq ki, V.Məmmədov əfsanəvi xalq artisti Mehdi Məmmədovun oğludur.