Sosial şəbəkədə biz:

Qardaş bacısını öldürdü - Sumqayıtda

12 October 2016, 10:08
Gündəm
Sumqayıt şəhərində qətl hadisəsi baş verib. “ Azinforum.az ” xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.