İranda Aşura günü izdihamla qeyd olunub - FOTOLAR
Aşura günü ilə bağlı bu gün İranda minlərlə insan məscidlərə, hüseyniyyələrə toplaşaraq əzadarlıq mərasimlərində iştirak ediblər.
SalamNews-un İran KİV-lərinə istinadla verdiyi məlumata görə, əzadarlıq mərasimləri ölkənin hər yerində böyük izdihamla qeyd olunub.
Mərasimə, həmçinin xarici ölkələrdən gəlmiş çoxlu sayda insanlar da qatılıb.