JURNALİSTİN ÖLDÜRÜLMƏSİNƏ GÖRƏ HƏBS EDİLƏN CAVİD HÜSEYNOV AZADLIQDA
Azinforum.az xəbər verir ki, jurnalist Rasim Əliyevin öldürülməsi işinə görə təqsirləndirilərək həbs edilən "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynov bu saatlarda azadlığa buraxılıb. Bu barədə məlumatı onun vəkili Adəm Məmmədov verib:
"Növbəti möhtəşəm qələbə! Tərəfimdən verilmiş apellyasiya şikayəti təmin olunaraq, "Qəbələ" futbol kulubunun sabiq kapitanı Cavid Hüseyinov azadlığa buraxıldı".
AZİNFORUM.AZ