Sosial şəbəkədə biz:

Azərbaycanda daha bir telekanalın fəaliyyəti dayandırıldı - Nazirlikdən qərar

13 October 2016, 09:35
Gündəm
Azərbaycanda fəaliyyət göstərən daha bir televiziya kanalının yayımı dayandırılıb. Azinforum.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "İnteraz" telekanalının "Azərspace" peykində yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. Bu gün axşam saat 18:00 radələrindən etibarən kanal yayımdan çıxarılıb. Nazirliyin hansı səbəbdən belə bir qərar verməsi hələlik açıqlanmır.