Sosial şəbəkədə biz:

Mərkəzi Bank uçot dərəcəsinə yenidən baxacaq

13 October 2016, 11:43
Gündəm
Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra da uçot dərəcəsini makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya üzrə meylləri, habelə maliyyə bazarlarında gedən prosesləri nəzərə alınmaqla müəyyənləşdirəcək. Bunu AMB-dən bildiriblər. "İnflyasiyanın azalması və onun yenidən yüksəlməsi riskləri səngidiyi halda uçot dərəcəsinin azaldılması məsələsinə baxıla bilər", - deyə cavabda vurğulanır. Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 15% səviyyəsindədir. APA