Sosial şəbəkədə biz:

Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb

13 October 2016, 22:28
Gündəm
Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Bu barədə "Report"a A.Hacılı məlumat verib. O, oktyabrın 14-də saat 14:00-da idarəyə dəvət edildiyini bildirib. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı, Milli Şuranın üzvü Eldəniz Quliyev də oktyabrın 14-ü üçün BMCMİ-yə çağrılıblar.