Sosial şəbəkədə biz:

Sabiq nazirin qardaşı həbs olundu

14 October 2016, 10:52
Gündəm
Naxçıvanda muxtar respublika Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun böyük qardaşı Əli Ələsgərov vergi ödənişindən boyun qaçırma ittihamı üzrə həbs edilib. Azinforum.az Turan-a istinadən bildirir ki, Ə.Ələsgərov barəsində 3 aylıq həbs qərarı çıxarılıb. Əli Ələsgərov sahibkardır. Onun biznesi qardaşı muxtar respublika MTN-inə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Belə ki, onun Ordubadda broyler fabriki, Şərurda balıqyetişdirmə müəssisəsi və ictimai-iaşə obyektləri olub. Qardaş Ələsgərovlar vətəndaş cəmiyyətinin yerli fəallarına və jurnalistlərə sərt münasibətləri ilə məşhur idilər. İyunun 24-də Naxçıvanın Hərbi Məhkəməsi Vəli Ələsgərovu bir sıra ağır cinayətlərdə – mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz qulaq asmada günahkar bilərək barəsində 14 il həbs qərarı çıxarıb.