Sosial şəbəkədə biz:

"Samsung" şirkətinin prezidenti müştərilərdən belə üzr istədi - FOTO

14 October 2016, 16:09
Gündəm
Samsung şirkətinin son istehsalı olan Samsung note7 mobil telefonlarında son günlər ciddi problemlər yaşanıb.
Belə ki, naməlum səbəblərdən mobil telefonların bəziləri öz-özünə partlamağa başlayıb. Hətta bu telefonların təyyarədə istifadəsi qadağan olunub.
Baş vermiş hadisə ilə əlaqədar olaraq Samsung şirkətinin prezidenti Donq-Jin Koh jurnalistlər üçün mətbuat konfransı keçirərək bütün müştərilərdən üzr istəyib və hər birinin qarşısında baş əydiyini deyib.