Sosial şəbəkədə biz:

Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib

15 October 2016, 15:25
Gündəm
Naxçıvan sakini tapdığı xeyli miqdarda silah-sursatı polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Babək rayonunun Nehrəm kənd sakini Ruslan Zeynalov “TOZ-16” markalı tüfəng, 3 ədəd “F-1” qumbarası, “RQD-5” qumbarası, 227 ədəd patron və 4 ədəd avtomat darağı tapıb. O tapdığı silah-sursatı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.