Sosial şəbəkədə biz:

Cəlilabadda kəndi su basdı - FOTOLAR

27 October 2016, 21:23
Gündəm
Cəlilabad rayonunda yağış yağan ciddi fəsadlar törədib. Musavat.com xəbər verir ki, bir qədər əvvəl Cəlilabadın Alar kəndini bir qədər əvvəl su basıb. Bakı-Astara avtomobil magistralı üzərində yerləşən kəndi su basması nəqliyyatın hərəkətində də problemlər yaradıb. Hazırda magistral bağlanıb, avtomobillərin hərəkəti dayanıb. Avtomobillər Bakı-Astara və Astara-Bakı istiqamətində hərəkət etmək üçün alternativ yollardan istifadə etməli olurlar. Bu dəqiqələrdə yaöışın fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

Musavat.com