Sosial şəbəkədə biz:

Abdulatipov Azərbaycanla nə barədə razılığa gəlib? - AÇIQLAMA

31 October 2016, 11:38
Gündəm
Azərbaycan və Dağıstan ticarət və kənd təsərrüfatı sahələrində bir sıra layihələr həyata keçirmək barədə razılığa gəliblər. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Prezidenti Ramazan Abdulatipov "Dağıstanın qızıl payızı" adlı aqrar forumda deyib. Dövlət başçısı qeyd edib: "Azərbaycan tərəfi ilə gələn ilin martına Xaçmazda Dağıstan məhsullarının satılacağı iri mağazanın, eləcə də Dərbənddə bu cür mağazanın açılması ilə bağlı razılıq var".